Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir

“Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin katibi Şridharan Madhusudhanan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiya son illərdə dünyanın əsas çağırışına çevrilib: “Bir çox Afrika ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinin əhalisinin 50 %-nə peyvənd vurulmayıb”.

Hindistan XİN rəsmisi sülhün və dinc yanaşı yaşamanın təmin edilməsinin vacibliyini qeyd edib: “Hindistan daha yaxşı gələcək naminə Qoşulmama Hərəkatının üzvləri ilə işləməyə hazırdır”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …