Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Hindistanda yol qəzasında 9 nəfər ölüb, 22 nəfər yaralanıb

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …