Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Honkonqda yanğında ölənlərin sayı 146 nəfərə çatıb

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “South China Morning Post” agentliyi şəhərin polis idarəsinə istinadla məlumat yayıb.

Bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.

Xatırladaq ki, noyabrın 26-da günortadan sonra Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …