Bazar , 19 Yanvar 2025
Drone Cameras

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dəstək verməyə davam edəcəyik”

“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib.

Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …