Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.

“İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu, husilərin noyabrın 19-dan bəri Qırmızı dənizin cənubunda ticarət gəmilərinə qarışı 24-cü hücumudur.

Check Also

İsrail ABŞ-ni İranla bağlı planı barədə xəbərdar edib

İsrail ABŞ-yə müstəqil şəkildə İrana zərbə endirə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “İnterfaks” …