Bazar , 26 May 2024
Drone Cameras

ICMP Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı plan təqdim edəcək

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) yaxın zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında işlərin baxılması üzrə konkret tədbirləri nəzərdə tutan plan təqdim edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ICMP-dən məlumat verilib.

Təşkilatın aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüşün yekunlarını alqışladığı bildirilib.

Xatırladaq ki, ICMP-nin Baş direktoru xanım Katrin Bomberger aprelin əvvəllərində Azərbaycana səfər edib. Səfər zamanı İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsi zamanı 3000-dən çox azərbaycanlı itkin düşüb.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …