İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) nümayəndə heyyəti Ukraynada səfərdədir.
Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Xocalı soyqırımının 30-cu il dönümü münasibəti ilə tədbirlər keçirilməkdədir.
Belə tədbirlərdən biri Ukraynada Xarkov şəhərində fəaliyyət göstərən Odlar Yurdu məktəbində baş tutub.
Məktəbdə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş Xocalı saatı keçirilib.
Qeyd edək ki, Odlar Yurdu məktəbi 22 ildir Ukraynada fəaliyyət göstərən yeganə dövlət statuslu Azərbaycan məktəbdir.
Tədbirdə məktəblilər Xocalı soyqırımına həsr olunmuş çıxışlar ediblər.
Daha sonra İSBAM sədri Samir Adıgözəlli və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Təşkilatının sədri Qurban Abbasov məktəblilərə və tədbir iştirakçılarına Xocalı soyqırımın tarixi haqda geniş məzmunlu məlumat veriblər. Tədbir iştirakçılarına Xocalı sakinlərinin dəhşətli qırğından keçməsi haqda danışıblar.
Ayna Fərhad