Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

İctimai TV-də verilişlər virtual studiyadan yayımlanacaq

İctimai Televiziya yeni mövsümə verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan texnoloji yeniliklərlə start verib.

Boyukmillet.com xəbər verir ki, bu gündən İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 verilişi virtual studiyadan yayımlanacaq.

Şirkətin mətbuat xidmətindən aldığımız məlumata görə, İctimai TV-də yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. Verilişlərin dekorasiyaları “Unreal engine” proqramları vasitəsilə gerçəkləşir. Bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

Yeni mövsümdə bu gündən başlayaraq, hər həftənin çərşənbə axşamları saat 12.25-də texnoloji yeniliklərdən bəhs edən “İTVTECH”, saat 22.30-da isə “Radius” hərbi-analitik verilişləri virtual studiyadan yayımlanacaq.

Həftənin cümə günləri saat 12.25-də “Biznes Azərbaycan”, saat 18.25-də “Din və Cəmiyyət”, bazar günləri saat 21.00-da “İTV Xəbər-Yekun”, bazar ertəsi günləri isə 00.05-də “Bol İdman” verilişləri yeni virtual studiyadan efirə çıxacaq. Yayımda ən müasir standartların tətbiqi gələcəkdə digər verilişlərdə də təmin ediləcək.

Beləliklə, “Bizə sarı gəlin!” şüarı ilə İctimai Televiziya mövsümə həm məzmun, həm də formaca yeniliklərin tətbiqilə başlayıb.

Check Also

“Seriallarımız cılızdır, nə baxıram, nə də çəkilmək istəyirəm” – VİDEO

“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək …