Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

İƏT-in Baş katibi Azərbaycanı təbrik edib

“Azərbaycanı suverenliyini tam bərpa etməsi ilə bağlı təbrik edirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

“İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”, – o vurğulayıb.

Konfransın əhəmiyyətindən danışan Baş katib, onun İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsət olduğunu qeyd edib.

O əlavə edib ki, işsizlik İƏT dövlətlərinin ən vacib problemlərindən biri olaraq qalır: “Üzv dövlətlərimizdə işçi qüvvəsinin təhsil və təliminin doğru istiqamətə yönləndirilməsi çox əhəmiyyətlidir. Ümumilikdə, üzv ölkələrin əhali sayının 1 milyard artaraq 2,9 milyarda çatacağı gözlənilir”.

Check Also

Yaşar Gülər Azərbaycana səfər edəcək

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə …