Bazar , 15 Noyabr 2026
Drone Cameras

İƏT XİN başçılarının fövqəladə toplantısı çağırılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb.

Boyukmillet.com xəbər verir ki, tərəflər HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.

Ə.Bageri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan ilə də telefonla danışıb. Tərəflər İƏT XİN rəhbərlərinin təcili toplantısının çağırılması barədə müzakirələr aparıblar.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …