Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

İki nazirlik birlikdə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Müdafiə Sənayesi və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazirliklərin rəsmiləri və əməkdaşları, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …