Cümə , 10 May 2024
Drone Cameras

İki QHT Mərkəz açdı və görüş keçirildi

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin  icra etdiyi  “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə  mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsi çərçivəsində daha bir tədbir keçirildi.

Şəhid Ailələri, Qazilər Mərkəzində baş tutan tədbirdə rəssamlar, şəhid ailələri, qazilər, QHT rəhbərləri, media nümayəndələri və Türkiyədən gələn qonaqlar iştirak etdilər.

Tədbiri açan  Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri və layihənin rəhbəri Mətanət Əsgərqızı şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Daha sonra təşkilat sədri yeni Mərkəzin açılışından danışaraq burada görüləcək işləri qeyd etdi.

İctimai birlik rəhbəri  “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə  mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsi barədə məlumat verərək  həm rəssamlarla, həm də bu gün keçirilən görüşün canlı yayımda icra olunduğunu vurğuladı.O, qeyd etdi ki, bu  bir ilkdir.Onun sözlərinə görə ictimai birlik iki ildir məhz layihələri bu formada həyata keçirir. İctimaii birlik qeyd etdi ki, layihəni icra etməkdə məqsəd , əsas niyyət vətənpərvərlik təbliğatı, həm də erməni vandallarının dağıtdığı Şuşanı rəsmlərdə gələcəyə ötürməkdir.

İlk söz  Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımovaya verildi. O, yeni, Şəhid Ailələri, Qazilər Mərkəzinin fəaliyyətinə uğurlar dilədi. Qeyd etdi ki, Mərkəzlə tanışlıqdan aydın olidu ki, burada fəaliyyət üçün hər cür şərait yaradılıb.İki təşkilat, Əsgər Ailələrinə Dəstək, “Qadın və Cəmiyyət”Vətəndaş Maarifçiliyi ictimai birlikləri çox böyük və müqəddəs fəaliyyətə imza atıblar. Bu fəaliyyətlərlə həssas qruplara dövlətin qayğısını təşviq etmək deməkdir. Belə təşkilatlara iş adamlarının, xeyriyyəçilərin dəstək olmasını arzu etdiyini vurğulayaraq, çətin , eyni zamanda müqəddəs işdə uğurlar dilədi. İcra olunan layihənin uğurlu alınacağını inandığını bildirdi.

İSBAM sədri Samir Adığözəlli QHT-lərin hər zaman dövlətimizin, ölkə rəhbərliyinin yanında olduğunu xüsusi vurğulayaq, məhz bu tədbirin də o amala xidməini qeyd etdi. O, bunları da dilə gətirdi ki, çətin, lakin böyük məsuliyyət tələb edən belə Mərkəzin açılışı, böyük əlamətdar hadisə olaraq Əsgər Ailələrinə Dəstək, “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliklərinin QHT ailəsində  öz yerinin, dəsti-xəttinin olduğundan   xəbər verir. Belə Mərkəzlərin açılışının davamlı olacağı fikrini səsləndirərək, həm də   “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə  mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili layihəsinin maraqlı bir mövzu olduğuna, məhz tariximizi yaşatmaq baxımından gərəkli olduğuna diqqət yetirdi. Rəssamların da çəkəcəyi əsərlərin alınmasını , gələcəyə ötürülməsini arzuladı. Çünki məhz bu əsərlər müharibənin boz üzünü göstərəcək, həm də bu qalibiyyətin şərə üstün gəlməsi  demək olacaq.

Tərəfdaş təşkilat olan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova  rəssamlar mövzusuna toxunduğuna görə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri və layihənin rəhbəri Mətanət Əsgərqızına minnətdarlığını bildirərək, Şuşaya gedəcəkləri, rəssmlər yaradacaqları günü səbirsizliklə gözlədiklərini qeyd edərək Mərkəzə Ulu öndər Heydər Əliyevin portretini bağışladı.

Türkiyədən gələn qonaqlar, MHP Millət vəkili namizədi Mete Çakı da Mərkəzin fəaliyyətinə uğurlar dilədilər. Layihədə seçilən mövzunu yüksək qiymətləndirdilər. Türkiyə-Azərbaycan dostluğundan söz açdılar.

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli, QHT rəhbərlərindən Bəsti Nəsibova, Maral Qocaman, Aynur Zülfüqarova, Nəzakət Həsənova, Səbinə Kərimova, İradə Polad, qazilər və digər qonaqlar  Mərkəzin fəaliyyətinə uğurlar diləyərək, layihənin icrası nəticəsində çəkiləcək rəsm əsərlərini, sərgini  maraqla gözlədiklərini vurğulayaraq, belə layihənin həm tariximiz, həm də qəhrəmanlarımızın obrazlarının yaradılması baxımından çox vacib olduğunu qeyd etdilər.

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …