Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

İl­ham Əli­yev Av­ro­pa azər­bay­can­lı­la­rı­na əsl qə­lə­bə­nin bit­kin for­mu­lu­nu ver­di…

“Biz di­as­por təş­ki­lat­la­rı ola­raq Pre­zi­den­tin bi­zim sa­hə­yə ver­di­yi önə­mi bun­dan son­ra da­ha də­rin­dən dərk edə­cə­yik”

İs­ma­yıl Ağa­yev: “Fak­ti­ki ola­raq bu­nun­la Pre­zi­dent di­as­por təş­ki­lat­la­rı­nı da düş­mən­lə mü­ba­ri­zə­yə səs­lə­yir”

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Av­ro­pa Azər­bay­can­lı­la­rı Konqre­si­nin V qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı­na ün­van­la­dı­ğı mü­ra­ci­ət­də bir sı­ra ma­raq­lı mə­qam­la­ra to­xu­nub.

Öl­kə baş­çı­sı xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zı Azər­bay­ca­nın ta­le­yük­lü prob­lem­lə­ri­lə bağ­lı ak­tiv fə­a­liy­yət gös­tər­mə­yə ça­ğı­rıb: “Ha­zır­da Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin bey­nəl­xalq hü­quq nor­ma­la­rı əsa­sın­da əda­lət­li həl­li­nə na­il ol­maq qar­şı­mız­da du­ran ən mü­hüm ümum­mil­li və­zi­fə­dir. Bu gün­lər­də biz er­mə­ni iş­ğal­çı­la­rı­nın tö­rət­di­yi Xo­ca­lı soy­qı­rı­mı­nın iyir­mi be­şin­ci il­dö­nü­mü ilə bağ­lı fa­ciə qur­ban­la­rı­nın xa­ti­rə­si­ni bir da­ha də­rin hör­mət­lə yad edi­rik. Vax­ti­lə bu qan­lı ak­si­ya­nı hə­ya­ta ke­çi­rən­lər Azər­bay­can xal­qı­nı sar­sıt­maq və mü­ba­ri­zə­dən çə­kin­dir­mək məq­sə­di gü­dür­dü­lər. La­kin əmin­lik­lə de­mək olar ki, düş­mən öz is­tə­yi­nə na­il ola bil­mə­di. Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra xal­qı­mız öz qəd­di­ni dü­zəltdi, da­xi­li po­ten­si­a­lı­na gü­və­nə­rək güc­lü və mü­a­sir döv­lət qur­du. Ötən ilin ap­re­lin­də Er­mə­nis­ta­nın cəb­hə xət­tin­də­ki təx­ri­bat­la­rı­na or­du­mu­zun la­yiq­li ca­vab ver­mə­si və tor­paq­la­rı­mı­zın bir his­sə­si­nin azad edil­mə­si əya­ni şə­kil­də gös­tər­di ki, Azər­bay­can öz əra­zi bü­töv­lü­yü­nü bər­pa et­mə­yə tam qa­dir­dir.

La­kin mü­a­sir dövrdə qə­lə­bə­lər tək hərb yo­lu ilə de­yil, həm də si­ya­si-in­tel­lek­tu­al va­si­tə­lər­lə tə­min edi­lir. Bu sa­hə­də ma­lik ol­du­ğu­muz va­cib re­surslar­dan bi­ri də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan həm­və­tən­lə­ri­miz və on­la­rın ya­rat­dıq­la­rı təş­ki­lat­lar­dır. Ona gö­rə də Azər­bay­can di­as­po­ru, o cüm­lə­dən Av­ro­pa­da­kı ic­ma­lar öz fə­a­liy­yə­ti­ni da­ha da ge­niş­lən­dir­mə­li, iş­lə­rin ko­or­di­na­si­ya­sı­nı və dost öl­kə­lə­rin ana­lo­ji təş­ki­lat­la­rı ilə əla­qə­lə­ri­ni güc­lən­dir­mə­li­dir­lər. Di­as­por nü­ma­yən­də­lə­ri öl­kə­miz­lə bağ­lı mə­lu­mat­la­rın, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir hə­qi­qət­lə­rin Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə da­ha çe­vik və dol­ğun çat­dı­rıl­ma­sı, mə­də­niy­yə­ti­mi­zin təb­li­ği və baş­qa is­ti­qa­mət­lər­də ye­ni me­tod və va­si­tə­lər­dən sə­mə­rə­li is­ti­fa­də et­mə­li­dir­lər. Əmi­nəm ki, Av­ro­pa Azər­bay­can­lı­la­rı Konqre­si­nin bu ali top­lan­tı­sı yük­sək iş­gü­zar­lıq şə­ra­i­tin­də ke­çə­cək, irə­li sü­rü­lən tək­lif­lər və qə­bul edi­lən qə­rar­lar qu­ru­mun işi­ni key­fiy­yət­cə da­ha yük­sək mər­hə­lə­yə qal­dır­ma­ğa xid­mət edə­cək.

Qu­rul­tay iş­ti­rak­çı­la­rı­na bu yol­da na­i­liy­yət­lər, Konqre­sin ye­ni se­çi­lə­cək rəh­bər he­yə­ti­nə ar­dı­cıl və məh­sul­dar fə­a­liy­yət ar­zu­la­yı­ram”.

Öl­kə baş­çı­sı­nın mü­a­sir dövrdə qə­lə­bə­lə­rin tək hər­bi yol­la  de­yil, həm də si­ya­si-in­tel­lek­tu­al va­si­tə­lər­lə tə­min edil­mə­si­nə da­ir fi­kir­lə­ri­nə di­as­por nü­ma­yən­də­lə­ri­nin mü­na­si­bə­ti ne­cə­dir?

Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin səd­ri İs­ma­yıl Ağa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, öl­kə baş­çı­sı­nın qu­rul­tay nü­ma­yən­də­lə­ri­nə ün­van­la­dı­ğı təb­ri­kin mət­nin­də çox də­yər­li fi­kir­lə­rə rast gə­li­nir: “Bi­lir­si­niz ki, Azər­bay­can döv­lə­ti dün­ya­da ya­şa­yan 50 mil­yon­dan ar­tıq soy­da­şı­mı­zın da döv­lə­ti sa­yı­lır. Bu­nu öl­kə rəh­bə­ri hər za­man qeyd edir. Azər­bay­can yü­rüt­dü­yü döv­lət si­ya­sə­tin­də xa­ric­də­ki di­as­por təş­ki­lat­la­rı­mı­zın fə­a­liy­yə­ti­nə, təş­ki­lat­lan­ma­sı­na xü­su­si diq­qət ayı­rır. Tə­sa­dü­fi de­yil ki, bu is­ti­qa­mə­ti da­ha yax­şı ko­or­di­na­si­ya et­mək məq­sə­di­lə xü­su­si döv­lət ko­mi­tə­si ya­ra­dı­lıb. Bə­li, di­as­por təş­ki­lat­la­rı bi­zim üçün va­cib ide­o­lo­ji si­lah ro­lu­nu oy­na­yır. Çün­ki biz dinc və­ziy­yət­də ya­şa­yan öl­kə de­yi­lik. Ha­zır­da mü­ha­ri­bə şə­ra­i­tin­də ya­şa­yan öl­kə­nin bü­tün re­sursla­rı bu sa­va­şa cəlb olu­nub. Bə­li, mü­ha­ri­bə yal­nız sən­gər­də de­yil, həm də in­for­ma­si­ya mə­ka­nın­da, di­as­por və lob­bi təş­ki­lat­la­rı ara­sın­da ge­dir. Bu ba­xım­dan da öl­kə baş­çı­sı­nın töv­si­yə­si apa­rı­lan döv­lət si­ya­sə­ti­nin tər­kib his­sə­si­dir. Biz di­as­por təş­ki­lat­la­rı ola­raq Pre­zi­den­tin bi­zim sa­hə­yə ver­di­yi önə­mi bun­dan son­ra da­ha də­rin­dən dərk edə­cə­yik. Fak­ti­ki ola­raq, bu­nun­la, Pre­zi­dent di­as­por təş­ki­lat­la­rı­nı da düş­mən­lə mü­ba­ri­zə­yə səs­lə­yir. Ümid­va­ram ki, bü­tün di­as­por təş­ki­lat­la­rı­mız, xa­ric­də ya­şa­yan fə­al­la­rı­mız təb­rik mət­nin­də­ki hə­min te­zi­sə xü­su­si önəm ve­rə­cək və bun­dan son­ra da­ha ko­or­di­na­si­ya­lı şə­kil­də fə­a­liy­yət gös­tə­rə­cək”.

 

baki-xeber.com

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir