Şənbə , 7 Mart 2026
Drone Cameras

İlham Əliyev: “Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməlidir”

“Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafı üçün potensial var, ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməsi vacibdir”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib.

Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirlə söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.

Check Also

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə …