Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İlham Əliyev: “İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır”

“İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda yer alıb.

“Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir”, – məktubda vurğulanıb.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …