Bazar ertəsi , 20 May 2024
Drone Cameras

İlham Əliyev: “Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib.

Boyukmillet.com  xəbər verir ki, iclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlət başçısı deyib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.

Prezident İlham Əliyev həmçinin SOCAR ilə BP arasında uğurlu əməkdaşlığa da toxunub: “Dövlət Neft Şirkəti və BP artıq 30 ildir ki, strateji münasibətlərə malikdirlər. Bu, sonrakı 30 il ərzində də belə olacaq”.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …