Cümə , 19 Aprel 2024
Drone Cameras

İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

Boyukmillet.com xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …