Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İlham Əliyev: “Müharibədən sonra İran-Azərbaycan əlaqələri daha da geniş vüsət alıb”

“Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır və regional əməkdaşlığın yaradılması üçün hazırda “3+3” çox ümidverici əməkdaşlıq platforması yaradılmışdır”.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, – dövlət başçısı vurğulayıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …