Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamental elementidir”

“Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, – dövlət başçısı deyib.

Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb.

Check Also

“Rusiya Qafqazdan sakitcə çəkilməyəcək…” – Kremldən Zəngəzur və AES təhdidi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini İrəvanla müzakirə …