Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

İlham Əliyevin Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri ilə görüşü olub

Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.

Check Also

Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, …