Cümə , 29 Mart 2024
Drone Cameras

“İmtahandan kəsilən tələbə”

“Boyukmillet” saytının növbəti müsahibi transpersonal psixoloq İlqar Kərimovdur.

“İmtahandan kəsilən tələbə” adlı müsahibəni təqdim edirik.

Tələbə imtahandan nə üçün kəsilir?

Bunun üç səbəbi var: elmi cəhətdən tam hazır olmamaq, həddindən artıq çox yüklənmək və psixoloji cəhətdən hazır olmamaq. Bizim abituriyentlərmiz isə həddindən artıq çox özünü yükləyirlər və psixoloq köməyi almırlar. Qəbul olsalar belə onlar müəyyən müddətdən sonra çox ciddi psixoloji problemlər yaşayırlar.

İmtahandan kəsilən tələbəyə baxış tərzi necə olur? (Ailə, məktəb və cəmiyyət)

Əslinə qalsa, cəmiyyət daha çox ailə təsir edir. Misal çəkim, qəbul ola bilməyən gənc evdə düşünür ki, məndən qonaqlıq gözləyirlər, qohumlara nə deyəcəm? Qonşuya necə gedəcəm? Bu tip düşüncələrlə özlərinə zərər verirlər, daha sonra isə başlayırlar intihara cəhd etməyə. Burada isə valideynlərin işi imtahandan öncə və sonra övladına dəstək olmaqdır. İndi bir çox valideyn övladındının elmli olmağını deyil, təhsilli və diplomlu olmağını istəyir. Amma sual versək ki, sənə övladının psixi və fiziki sağlamlığımı lazımdır, yoxsa ali təhsilli olmağı? Sözsüz ki, övladını deyəcək. Amma davranışları ilə yalan dediyini sübut edir.

Tələbə imtahana necə hazırlaşmalıdır ki, kəsilməsin?

Bu həyatda insana lazım üç əsas keyfiyyət var. İmanlı olmaq, təhsilli olmaq və psixi və fiziki sağlamlıq. Öncə Allaha inanmalı, sonra psixi və fiziki sağlamlığını qorumalı və daha sonra normal şəkildə hazırlaşmalıdır.

İmtahandan kəsilən tələbə necə motivasiya edilməlidir?

İmtahandan kəsiləndə heç nə olmur. Bunu abituriyentə başa salmaq lazımdır. Bu il olmaz, gələn il olar və yaxud sənət öyrənərsən, daha çox elmli, bilikli olarsan. Yəni diplom insana diplomlu olmaqdan başqa heç nə vermir. Elm yolunda çabalamaq lazımdır. İnanın, insan həyatda daha çox uğur qazanacaq. Əgər ailə dəstəyi fayda verməsə, mütləq şəkildə psixologlara müraciət etmək lazımdır.

Bəs imtahandan kəsilən abituriyent özü özünə necə dəstək olmalıdır?

Həmin abituriyentlər üç yerə bölünür. Misal çəkim. Ayxan imtahandan kəsildi. Qəbul ola bilmədi. Özünə deyir. “Əşi olmadı, olmadı da. Gələn il olar, daha sonra olar. Yada heç olmaz”. Ayxan burada tam rahatdır. Çünki onun elə bir məqsədi yoxdur.
İkini abituriyentimiz Leyla imtahandan kəsildi. Və hər şeyin sonlandığını düşünür. Çünki özünü çox yükləmişdi. Həddindən artıq çox oxuyurdu və psixoloji hazır deyildi. Ona görə çox ağır depresyaya girir. Burda mütləq psixologa müraciət etməlidir.
Üçüncü abituriyent isə Sevda.
Sevda çalışqan olsada kəsildi. Psixi cəhətdən sağlam olduğu üçün və məqsədli olduğu üçün o bir müddət üzgün olacaq. Daha sonra isə özünü toparlayıb yenidən hazırlaşacaq.
Bu üç abituriyentdən yalnızca Sevda düzgün hərəkət edir.

Ona görə də nə məqsədsiz olan, nə də psixiloji sağlamlığı olmayan insan uğur qazana bilmir.

Həmin tələbəyə necə münasibət göstərilməlidir?

Normal. Çünki, dəyişən heç nə yoxdur. Qəbul olmayan məzuna mənfi təsir göstərmək yanlışdır. Onu dəstəkləmək, motivə etmək lazımdır.
Sonda isə qeyd etmək istəyirəm ki, öncə Allaha inamlı, sonra sağlamlığ daha sonra isə məqsədli olmaq. Həyatda təhsilli olmaq önəmlidir. Amma elmli olmaq daha önəmlidir. Onu da səbrlə və zəhmətlə qazanmaq olar.

Fədayə Şıxnəsirli

Check Also

Stilist-bərbər: Сiddi verilişə sən sport geyinə bilməzsən!-MÜSAHİBƏ

İnsanın xarici görünüşündə ən həssas və diqqət tələb edən saçdır. Baxımlı və mütəmadi qulluq edilən saçlar …