Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

İnanılmaz: Rusiya aerodromları vurulur, 40 təyyarə məhv edildi – Video

Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib.

Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb.

“Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, – Malyuk yaydığı videoda bildirib.

Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın 5 aerodromuna endirilən zərbələr nəticəsində 40 strateji təyyarə məhv edilib.

https://t.me/axarazchat/248584

Check Also

Avropada “İran şəbəkəsi” HƏRƏKƏTƏ KEÇDİ: Terror cəhdinin QARŞISI ALINDI

Fransa polisi Parisdə “Bank of America” filialının binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb. …