Bazar ertəsi , 6 May 2024
Drone Cameras

İndi kim ağıllı çıxdı: Paşinyan, yoxsa Musabəyov? – ATMACA

Prezident İlham Əliyevin dünən xalqa etdiyi müraciətdən sitat:
“Ermənistan bu dövr ərzində – dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”.

Doğrudan da Paşinyan çox ağıllı davrandı, Azərbaycanın öz daxilində apardığı antiterror tədbirlərinə müdaxilə etmədi. Yaxşı bilirdi ki, belə olacağı təqdirdə, Ermənistanın öz mövcudluğu sual altına düşə bilərdi.
Bir sözlə, Ermənistanın müstəqil ölkə olandan sonra hələ belə “ağıllı” və bizə tam sərf edən rəhbəri olmayıb. İndi ermənilər Paşinyanı devirmək istəyir. Bu, qətiyyən bizə sərf etmir. Arzumuz budur ki, Paşinyan bir az da duruş gətirsin və öz mübarək imzasını Sülh Sazişinə atsın.

Bunun da nəticəsində: Zəngəzur dəhlizi açılsın, sərhədlərimiz tam dəqiqləşsin, Azərbaycanın anklav kəndləri geri qaytarılsın. Bizim Rasim Musabəyov da deyir ki, Paşinyanın ağlı yoxdur, çünki jurnalistdir.

Məhəmmədəli Qəribli – DİA.AZ

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …