Cümə , 9 Yanvar 2026
Drone Cameras

İndi o özü həmin filmdə ata olmaq istəyir… – FOTO


Aktyor Makoley Kalkin populyar “Evdə tək” filminin davamı çəkilərsə, Kevin Makkallister obrazına geri qayıtma ehtimalını açıq saxlayıb.

Aktyor yenidən həmin rolu canlandırmağın onun üçün problem olmadığını deyib və davam filmi üçün özünün düşündüyü süjet xəttini bölüşüb.

Kalkinin sözlərinə görə, yeni filmdə Kevin ya dul, ya da boşanmış bir ata kimi təsvir oluna bilər. O, təkbaşına uşaq böyüdür və işlərinin çoxluğu səbəbindən övladına kifayət qədər diqqət ayıra bilmir. Nəticədə uşağı ondan inciyir və atanı evə buraxmamaq üçün müxtəlif tələlər qurur.

Aktyor bildirib ki, bu dəfə Kevin illər əvvəlki filmlərdəki oğruların yerində olacaq – o, öz evinə girməyə çalışacaq.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …