Çərşənbə axşamı , 9 İyul 2024
Drone Cameras

İngilis dili könüllüləri təlimlərə başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin marifləndirici “İngilis dilli könüllülər”qrupunun yaradılması adlanır. 
Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə 3 ay müddətinə icra olunacaq. Layihədə Bakı şəhəri qəsəbələrində valideyni Qarabağ müharibəsi iştirakçısı olan gənclərə önəm verməklə onların  iştirakı ilə xarici dil biliyinin inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili təlimləri keçiriləcək. Layihənin sonunda Diplomlar veriləcək. Həmçinin “İngilis dilli könüllülər” qrupunun yaradılması nəzərdə tutulur.Artıq layihə çərçivəsində ilk təlimlər başlayıb.Təlimçi və ekspertlərin də qatıldığı təlimlərdə gənclərə həm də vətənpərvərlik, qəhrəmanlıq ideyaları da aşılanacaq. 1 aprel 2022-ci ildə Suraxanı Gənclər Evinə  “İngilis dilli könüllülər”qrupunun təlimi keçiriləcək.Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi layihənin keçirilməsində dəstəyə görə Suraxanı  Gənclər Evinə minnətdarlığını bildirir.

Check Also

Xətai rayonu prokurorun qanunsuz fəaliyyəti…

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Xətai rayon prokurorunun qanunsuz hərəkətləri ilə bağlı, baş …