Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“İnter” 12 ildən sonra “Barselona”ya qalib gəlib

İtaliyanın “İnter” komandası 12 ildən sonra UEFA Çempionlar Liqasında İspaniya “Barselona”sına qalib gəlib.

Boyukmillet.com-un məlumatına görə, Milan təmsilçisi buna qrup mərhələsinin III tur oyununda nail olub.

İtaliya klubu qitənin bir nömrəli klub turnirində rəqibini son olaraq 2010-cu ildə məğlub edib – 3:1.

Tərəflər 12 il ərzində Çempionlar Liqasında ümumilikdə 7 dəfə üz-üzə gəliblər.

Bundan əlavə, “Barselona” turnirdəki son 3 səfər qarşılaşmasında qol vura bilməyib. Bu, Kataloniya təmsilçisinin tarixdə ən pis göstəricisidir.

(Report.az)

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …