Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

İqtisadi Şura haqqında əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin fərmanla “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1375) ləğv edilib.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …