Bazar , 19 Yanvar 2025
Drone Cameras

İqtisadiyyat nazirinin I müavini Göyçayda vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Check Also

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil …