Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

Aprelin 28-də, saat 11:00-da iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir.

Vətəndaşların qəbulu şəhərin Bakı prospekti, 45 ünvanında yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində olacaq.

Qəbula gəlmək istəyənlər nazirliyin internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud “195-1” Çağrı Mərkəzinə zəng etməklə müraciət edə bilərlər.

Check Also

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma …