Bazar , 23 Fevral 2025
Drone Cameras

İran və Azərbaycan birlikdə 2 SES tikir

İran və Azərbaycan hökumətləri Araz çayı üzərində “Qız Qalası” və “Xudafərin” su elektrik stansiyalarının (SES) tikintisinin davam etdirilməsini təsdiqləyib.

Bu barədə qonşu ölkənin Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində keçirilmiş yığıncaqda məlumat verilib.

Xatırladaq ki, sözügedən əyalətlə Azərbaycanın Cəbrayıl rayonu arasında inşa olunan SES-lər İranın Enerji Nazirliyinin həyata keçirdiyi əsas layihələrdən biridir. Nazir Rza Erdekaniyan ötən ilin dekabr ayında bəyan etmişdi ki, iki ölkə SES tikintisini canlandırmaq barədə razılığa gəlib. 

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …