Cümə , 26 Aprel 2024
Drone Cameras

Üç milyon manat pul və səkkiz mənzil…

Şəklini gördüyünüz bu binada bizim 2 ədəd 2otaqlı 41 və 47 saylı mənzilimiz olmalı idi. “Araz-T.İ” MMC-nin 2005-ci ildən hüquqi ünvanına çevrilmiş H.Cavid pr. 46 ünvanında yerləşən həyət və ev qardaşımız İsgəndərov Tahir Abas Əli oğluna məxsus olmuşdur. Həmin torpaq sahəsi 1939-cu ildə müqavilə əsasında valideynlərimizə, onlar dünyalarını dəyişdikdən sonra isə qardaşımız İsgəndərov Tahirə məxsus olmuşdur. 1990-cı ildən etibarən ölkəmizdə əhaliyə dövlət tərəfindən mənzil sahəsi verilmir. Erməni təcavüzünün qurbanına isə tək Qarabağ əhalisi deyil, bütün Azərbaycan xalqı məruz qalmışdır. Hal-hazırda Biz, ali savadlı adamlar orta təbəqəyə, kənd əhalisi isə əsasən aşağı təbəqəyə bölünmüşdür. İmkansız kənd əhalisi övladlarının ali savad alması üçün zəruri olan tələbələrin istifadə etdiyi yataqxanalardan, orta təbəqəyə aid olan şəhər əhalisi isə mənzil şəraitini yaxşılaşdırmaq imkanından məhrum olmuşdur.

İnsan yer üzərində olan bütün canlıların ən alisidir. İnsanların normal mənzil şəraiti yoxdursa onlar həyatda heç yaşamırlar. Mövcud olan canlılara çevrilirlər. Mən qızımla 6 nəfər 2 otaqlı bir mənzildə yaşayıram, onu da iş yerimdən vaxtı ilə mənə növbə əsasında verilmiş mənzili sataraq, çox çətinliklə ərsəyə gətirdik. Qardaşımız İsgəndərov Tahir ona məxsus torpaq sahəsini sataraq, 7 nəfərdən ibarət olan qardaş və bacılarının mənzil şəraitlərini yaxşılaşdırmaqla onlara köməklik etmək istədi. Onun həyətinə bitişik (H.Cavid pr.44) ünvanlı həyəti sahibindən satın almaq istəyən Qərib Gülməmməd oğlu Balakişiyev 2 həyətdə birlikdə 1 bloklu, yüksək mərtəbəli bina tikib mənzil şəraitini yaxşılaşdırmağın mümkün oplduğunu söylədi. O da razılaşdı. BŞ  İH-dən sərəncam 20.05.2005-ci il tarixli № 126 saylı sərəncamla 1,7 ha torpaq sahəsinin (ilkin sxemə görə 16 mərtəbəli 8 bloklu kompleks) tikinti aparılması üçün ayrıldığını gördükdə buna razılaşmadı. Sərəncamdan 730 kvm torpaq sahəsini ayıra bilmədi. Balakişiyev Qərib Tahirə torpaq sahəsini ona satmağı təklif etdi. Nəticədə hai-hazırda pulu olmadığını əsas gətirərək torpağın mövcud bazar qiymətinə uyğun olaraq ona 8 ədəd mənzil və qalan hissəsinə də alqı-satqı rüsumu çıxılmaqla bir qədər pul verdi. 2010-cu ildə binanın ikinci – B bloku tikilməyə başlayıb, həmin mənzillərin biri başqa binada əvəzləşdirilib, 5-i isə həmin blokda verilib. I girişə düşən (A bloku) bu 2 mənzilin isə 2015-ci ildə tikintisinə “Əcəmi” MMC tərəfindən başlanılıb. Bu illər ərzində, layihələr bir neçə dəfə dəyişdirilib: gah mənzil sahələri kiçildilib, gah böyüdülüb. Mənzillərin binadakı sayları (q/yaşayış mərtəbələrinin sayının dəyişdirilməsi sayəsində) dəyişdirilib. Gah direktor Balakişiyev Qərib, gah Ömərov Ələsgər, gah Qazaxlı Ramiz, Məmmədov Mübariz, Məmmədov Sakit və s. şəxslər bu binanın sahibi adından bizimlə danışıb. Sənədlər “ARAZ” MTK və “ARAZ – T.İ.” MMC, məlumat lövhələri isə “ARAZ – T.İ.” MMCvə  “Əcəmi” MMC kimi dəyişdirilib.

Bu günkü günə qədər biz həmin mənzilləri “ARAZ – T.İ.” MMC-dən təhvil ala bilmirik. 2010-cu ildən etibarən şikayət ərizələri ilə bütün dövlət qurumlarına müraciətlər etmişik, kömək istəmişik. Bir dəfə deputat Fuad Muradovun qəbulunda olmuşuq. 2 dəfə deputatımız Ülvi Quliyevin qəbulunda olmuşuq. Hətta Prezidentin saytına müraciət göndərmişik:

 2017-ci ildə Yasamal r-n məhkəməsinə məznilin təhvil verilməsi iddiası ilə “ARAZ – T.İ.” MMC və “Əcəmi” MMC-yə qarşı iddia ərizəsi ilə müraciət etmişik.

7 ay sürən məhkəmədən sonra 13.02.2018-ci ildə Yasamal rayon məhkəməsinin Hakimi Təhminə Xəlilova tərəfindən Qətnamə qəbul olundu. Bu məhkəmə iclaslarına “ARAZ” – T.İ.-nin nümayəndəsi cəmi 3 dəfə iştrak etdi və məhkəməyə heç bir sənəd təqdim etmədi. Hətta etiraz ərizəsini Qətnamənin oxunduğu gündə məhkəməyə təqdim etdi. Məhkəmə gedən zaman tikintiyə aid bütün sənədlər müxtəlif idarə və təşkilatlara müraciət olunaraq toplanılmışdır. Məhkəmə tərəfindən binaya baxış keçirilmədi. Mənzillərin dislokasiyası tələb olunmadı. Bizim rəsmi nümayəndəmiz olmasına baxmayaraq, sahələrdə əmələ gələn (layihələrin tez-tez dəyişdirilməsi nəticəsində) fərqə görə bizə ödənilməli olan 12000 manat pul vəsaiti də məhkəmədə əsaslandırılmadı. 21.05.2018-ci ildən Yasamal rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova işi icraya yönəldib, sonra məlum olub ki, Qətnamə “ARAZ” – T.İ. MMC-nin hüquqi ünvanına (Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr.46)  göndəriləndən 3-gün sonra 41 saylı poçt şöbəsi tərəfindən məhkəməyə qaytarılıb ki, ünvan düzgün deyil. Halbuki, biz özümüz həmin ünvana məktublarla dəfələrlə müraciətlər etmişik və ünvan düz olub. Eləcə də 13.02.2018-ci il tarixli iş № 2(004) – 248/2018 saylı qətnamədə yazılıb ki, cavabdeh “ARAZ” – T.İ. MMC-nin nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlunun iştirakı ilə açıq məhkəmə icalsı keçirilib.   Bu əsasla Apellyasiya şikayəti yazmaq hüququ qazanmış “ARAZ” – T.İ. MMC rəhbərliyi və nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlu qətnaməyə etiraz yazmışlar. O tarixdən etibarən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi,Yasamal rayon Məhkəməsi, yenidən Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, hal- hazırda Kommersiya Məhkəməsi İnstansiyalarına onların şikayətləri əsasında cavabdeh qismində məhkəmə iştirakçısına çevrilmişik, özü də cavabdeh qismində. Məhkəmə iclaslarına gəlməyən, heç bir sübut təqdim etməyən “ARAZ” – T.İ. MMC-nin rəhbərləri 16.06.2020-ci il tarixinə qədər 2(004) -248/2018-saylı Qətnamənin icrasını dayandıra bilmişlər.

16.06.2020-ci il tarixdən iş yenidən icraya yönəldilmişdir (Apellyasiya Məhkəməsinin qərarından sonra). İcraçı Sahib Allahverdiyev Qətnamədə göstərilən 216.8 kvm mənzil sahəsinin Bakı şəhəri Yasamal r-nu H.Cavid pr. 46 ünvanında tikilmiş binanın məhz hansı hissəsindən və məhz hansı mənzillərdən ümumi sahəsi 216.8 kvm olan mənzilin iddiaçıların sahiblik və istifadəsinə verilməsinin göstərilməməsi ilə əlaqədar məhkəmə qərarının icrasının mümkün olmadığını bildirmişdir.

Qətnamənin izaha ehtiyyacının olması ilə əlaqədar məhkəməyə müraciət etdik. Bu da nəticəsiz qaldı.

16.09.2020-ci il tarixdən Kommersiya məhkəməsinin hakimi Zaur Pirverdiyev bizə məhkəmə iclaslarına gəlməyimiz barədə bildirişlər göndərir.

Bu məhkəmədə 3-cü şəxs qismində məhkəməyə çağırılmışıq. İddiaçı “Əcəmi” MMC cavabdeh isə “ARAZ” – T.İ. MMC-dir.

O ərizədə bildirilir ki, 6 nəfərin o cümlədən bizim İsgəndərova Dilbər və Əbiyeva Tahirənin şikayət ərizəsi əsasında “ARAZ” – T.İ. MMC -nin rəhbəri barədə CM-nin 306.2 maddəsi ilə cinayət işi başlanmışdır.

Bizim nə o məhkəmədən xəbərimiz var, nə də şikayət ərizəsinin hansı məzmunda olduğundan xəbərimiz yoxdur. Onların iddia ərizəsində göstərilən 22.12.2013-cü il tarixli müqavilə əslində 02.02.2016-cı il tarixdə onların qarşılıqlı razılığı əsasında ləğv edilmiş və “Əcəmi” MMC iddiamızdan tərəf kimi (Yasamal rayon məhkəməsində) öhdəlikdən kənara çəkilməyi bacarmışdır. 02.12.2016-ci il tarixli müqavilə digər məhkəmələrə də təqdim edilmişdir.

22.12.2013-cü il tarixli müqavilədə 30 nəfərin adı var. I və IV bloklardan 8 mənzil və  3 (üç)  milyon manata qədər (dollar və manatla) pul vəsaiti, belə çıxır ki, CM-nin 306.2 maddəsilə 3-5 il müddətində cəza almaqla bu adamlar 22.12.2013-cü il tarixli müqavilədə adı olan şəxslərə pul vəsaitlərini və mənzillərini verməkdən yayınmaq üçün yeni bəhanə predmeti əldə etmişlər.

24.02.2021-ci il tarixdə, saat 11.30-da Bakı şəhər Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin baxışında olan bu işin məhkəmə prosesi keçirilməsi nəzərdə tutulmuşdur.

Problemlərimizin ədalət məhkəmələri tərəfindən necə həll olunacağı bizim üçün bir kabusa çevrilmişdir.

İsgəndərova Dilbər Abbasəli qızı

Əbiyeva Tahirə Abbasəli qızı

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …