Bazar , 11 Yanvar 2026
Drone Cameras

İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Boyukmillet.com ILNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib.

“Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik”, – Baqeri deyib.

Onun fikrincə, qarşılıqlı fəaliyyətin vəzifəsi hər iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməkdir.

Qeyd edək ki, Çinin müdafiə naziri aprelin 27-də Tehrana rəsmi səfər edib. O, İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …