Şənbə , 10 Yanvar 2026
Drone Cameras

İran və Venesuela ABŞ-yə meydan oxudu- SENSASİYA

İran və Venesuela ABŞ-nin son addımlarını beynəlxalq hüquqa zidd hesab edərək ortaq mövqe nümayiş etdiriblər.

Boyukmillet.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı venesuelalı həmkarı İvan Gil Pinto ilə telefon danışığı aparıb.

Danışıq zamanı tərəflər İran–Venesuela münasibətlərinin mövcud vəziyyətini, eləcə də Karib hövzəsində baş verən son siyasi və təhlükəsizlik proseslərini müzakirə ediblər. Abbas Əraqçı iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə yüksək səviyyədə olduğunu vurğulayıb və Tehranla Karakasın əlaqələri qarşılıqlı maraqlar əsasında möhkəmləndirmək və genişləndirmək niyyətində olduqlarını bildirib.

Nazir ABŞ-nin Karib bölgəsində dəniz təhlükəsizliyinə qarşı atdığı addımları və Venesuelaya yönəlik güc tətbiqi təhdidlərini sərt tənqid edib. Musavat.com qeyd edir ki, Əraqçı bu cür davranışları beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq-aşkar pozuntusu kimi dəyərləndirib.

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto isə İranın ABŞ-nin təhdid və sanksiyalarına qarşı tutduğu prinsipial mövqeni yüksək qiymətləndirib.  O, Venesuelanın milli suverenliyini və müstəqilliyini xarici təzyiqlərə baxmayaraq qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Müşahidəçilər hesab edirlər ki, Tehran və Karakasın bu mövqeyi ABŞ-yə qarşı siyasi koordinasiyanın gücləndiyini və Karib bölgəsində geosiyasi gərginliyin artmaqda olduğunu göstərir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …