Cümə , 5 Dekabr 2025
Drone Cameras

İranda kütləvi edam və həbslər – BƏYANAT

İran Milli Müqavimət Şurası son vaxtlar bu ölkədə repressiyanın artması və aqressivliyi ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki,

Xordad (may) ayında 140 edam, 1405-ci ilin ilk üç ayında 398 edam və Pəzşəkian dövründə ümumilikdə 1370 edam həyata keçirilib. Bütün ölkə üzrə genişmiqyaslı həbslər – edama məhkum məhbusların həyatını xilas etmək üçün təcili tədbirlərə çağırış edən İran Milli Müqavimət Şurasının bəyanatında deyilir: “Ölkə daxilindən alınan məlumatlara əsasən, Xordad (21 may – 20 iyun) ayında qeydə alınan edamların sayı 140 nəfərə çatmışdır. Ən çox edamlar Qəzəlhəsar, Adilabad-Şiraz, Bircənd, Qum Mərkəzi və İsfahan Dəstgərd həbsxanalarında həyata keçirilmişdir. Edam olunanlar arasında 5 qadın da var. 1405-ci ilin (2025) ilk üç ayında ən azı 398 nəfər edam edilmiş, Pəzşəkianın prezidentliyi dövründə isə bu rəqəm 1370 nəfərə çatmışdır.
Digər tərəfdən, 15 iyun – 24 iyun tarixləri arasında casusluq ittihamı ilə 6 məhbus edam edilmişdir. Bu gün, 25 iyun Çərşənbə günü, Urmiya həbsxanasında üç məhbus – İdris Əli, Azad Şücai və Rəsul Əhməd Məhəmməd – “İsrail üçün casusluq” ittihamı ilə edam olunmuşdur. Onların hər üçü 2023-cü ilin iyul ayında tutulmuş və “Möhsün Fəxrizadənin terrorunda istifadə olunan avadanlıqları daşımaq” ittihamı ilə edama məhkum olunmuşdular. Hər üç şəxs kürd köçəri (kolbar) idi.
Bundan əlavə, 22 iyun tarixində Qəzəlhəsar həbsxanasında Məhəmmədəmin Mehdevi Şayəstə, 21 iyun tarixində İsfahan Dəstgərd həbsxanasında Məcid Məsibi, və 15 iyun tarixində Qəzəlhəsar həbsxanasında İsmayıl Fəkəri “casusluq” ittihamı ilə edam olunmuşdur.
Eyni zamanda ölkənin müxtəlif şəhərlərində genişmiqyaslı həbslər davam edir. SEPAH-a bağlı Fars xəbər agentliyi ölkə üzrə “casusluq şəbəkəsinə” bağlı 700 nəfərin həbs edildiyini bildirib və qeyd edib ki, Tehran vilayətindəki dəqiq rəqəm hələlik açıqlanmayıb. Kirmanşah vilayətinin inqilab və ümumi prokurorluğu 115 nəfərin həbs olunduğunu bildirib, onlardan az bir hissəsi casusluqla, qalanları isə rejimə qarşı təbliğatla bağlı ittiham olunur. Fars vilayətinin polis rəis müavini 53 nəfərin “ictimai fikri çaşdırmaq” və digər ittihamlarla həbs olunduğunu, İsfahan vilayətində isə FATA polis rəisi “ictimai fikri çaşdıran” 60 nəfərin müəyyən edildiyini açıqlamışdır.
İran Müqaviməti bir daha BMT-ni və aidiyyəti beynəlxalq qurumları edama məhkum məhbusların həyatını xilas etmək üçün təcili tədbirlər görməyə çağırır”

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …