İranın Kərəc şəhərində öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin noyabrın 3-də keçirilən qırx mərasimində minlərlə insan iştirak edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, “Diktatora ölüm”, “cümə axşamı Hədis Nəcəfi” yazıları ilə fəallar molla rejiminin repressiyalarına etiraz edib, vətəndaşları azərbaycanlı gənc şairənin 40 mərasimində fəal iştirak etməyə çağırıblar.
Sentyabrın 23-ü Kərəc şəhərinin “İrəm” bulvarında keçirilən dinc etiraz aksiyası zamanı öldürülən 22 yaşlı gənc azərbaycanlı şairə və ədəbiyyatçı H.Nəcəfinin məzarı başına noyabrın 3-də minlərlə insan toplaşıb.
İran hökuməti tərəfindən etirazlarda öldürülmüş güneyli gənc qadın H.Nəcəfinin 40 mərasiminə toplaşmış əhaliyə hökumət qüvvələri helikopterdən səs bombası və gözyaşardıcı qaz atıb.
Qəzəbli etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus maşını aşıraraq yandırıblar.