Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İranda ŞOK: Etirazçılara tibbi yardım göstərən həkimlər SAXLANILIR

İran hakimiyyəti etiraz aksiyaları zamanı xəsarət alanlara tibbi yardım göstərən həkim və tibb işçilərini saxlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.

Norveçdə yerləşən “Hengaw” təşkilatının məlumatına görə, son günlər azı 9 həkim və könüllü həbs edilib. Onlardan biri, Qəzvin şəhərindən olan 52 yaşlı cərrah Əlirza Qolçini “Allaha qarşı müharibə” maddəsi ilə ittiham olunur. Bu ittiham İranda ağır cəza ilə nəticələnə bilər.

Yaxınlarının bildirdiyinə görə, həkim yaralılara yardım etməyə hazır olduğunu açıq şəkildə bildirdikdən sonra saxlanılıb.

Check Also

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya …