2026-cı il yanvarın 4-ü axşam saatlarında İranın İlam şəhərində İmam Xomeyni adına xəstəxanada insident baş verib.
Boyukmillet.com xəbər verir ki, məlumata görə, küçə qarşıdurmaları zamanı yaralanan etirazçılar tibbi yardım almaq üçün xəstəxanaya gətirilib.
Bundan sonra təhlükəsizlik qüvvələri tibb müəssisəsinə daxil olub.
Bildirilir ki, silahlı qüvvələr yaralıların saxlanılması məqsədilə xəstəxananın şöbələrinə zorla girib, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər.
Hadisədən sonra ABŞ Dövlət Departamenti baş verənləri kəskin şəkildə pisləyib. Qurumun bəyanatında və “X” sosial şəbəkəsindəki farsdilli rəsmi hesabında insident “qəddar hücum” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib.
Təhlükəsizlik qüvvələrinin hərəkətləri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib və vurğulanıb ki, xəstəxanalar güc strukturlarının əməliyyat məkanına çevrilməməlidir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
