Cümə , 14 Mart 2025
Drone Cameras

İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı qətnamə qəbul edib

Sənəddə Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin Azərbaycandakı ofislərinin bağlanmasına da diqqət çəkilir Avropa …