Çərşənbə , 8 May 2024
Drone Cameras

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər …