Bazar , 4 Oktyabr 2026
Drone Cameras

İrandan gələn yük maşınından dərman preparatları götürülüb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan tranzit keçməklə gələn “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən “Alprazolam 1 mg” və “Phenobarbital 100” adlı dərmanlar “Dövriyyəsinə nəzarət ediən psixotrop maddələrin siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …