Bazar , 15 Noyabr 2026
Drone Cameras

İrandan İsrailə 8 raket atılıb

İran İsrailə doğru daha bir neçə raket atıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu raletlərin əksəriyyəti zərərsizləşdirilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, bu dəfə İran tərəfdən ümumilikdə 8 raket atılıb.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl ordu İrandan yeni raket hücumu aşkar etdiyi barədə əhaliyə xəbərdarlıq edib və sakinlərə təhlükəsiz binalara sığınmağı tapşırıb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …