Şənbə , 27 İyul 2024
Drone Cameras

İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: “Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib”.

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Check Also

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52,5 milyon manat təşkil edir. Boyukmillet.com xəbər …