Şənbə , 13 İyun 2026
Drone Cameras

İranın Hörmüzdə gəmilərdən aldığı pullar dondurulmuş aktivlərindən çıxılacaq – Bessent

ABŞ Fars körfəzi bölgəsindəki müttəfiqlərinə dəyən ziyanı kompensasiya etmək üçün dondurulmuş İran aktivlərindən istifadə etməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Maliyyə naziri Skott Bessent çıxış edib.

Bessent administrasiyanın mövqeyini X sosial media platformasında paylaşıb və orada İran aktivlərinin artıq toxunulmaz olmadığını qeyd edib: “Körfəz Administrasiyasına (Yeni yaradılan və Hörmüzdən keçən gəmilərdən haqq alan İran idarəsi -red.)ödənilən hər hansı bir ödəniş onların hesablarından çıxarılan vəsaitlərlə kompensasiya ediləcək”.
Bessent vurğulayıb ki, təcavüz yalnız ölkənin maliyyə vəziyyətini pisləşdirəcək: “İranın həyata keçirdiyi hər bir hücum yalnız üzləşdiyi iqtisadi və maliyyə nəticələrini dərinləşdirəcək”.

Söhbət İranın ABŞ tərəfindən dondurulmuş təxminən 24 milyard dollarından gedir. Tehran onun dərhal qaytarılmasını tələb edir.

Check Also

Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər – FOTOlarv

Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə …