Cümə , 5 İyul 2024
Drone Cameras

İranla sərhəddə qadınlara qadağa

Azərbaycanın İranla sərhəddə yerləşən gömrük məntəqələrində qadınlara İrandan siqaret gətirmək qadağan olunub.

Boyukmillet.com BBC Azərabaycanca-ya istinadən xəbər verir ki, bunu cənub bölgəsinin sakinləri deyir.

Əsasən, alver məqsədilə İrana keçən sakinlər artıq qonşu ölkəyə gedib-gəlməyin sərf etmədiyini bildirib. Sakinlər deyirlər ki, Azərbaycandan İrana bağlama aparmağa icazə verilmir. Sərhədi ayda 1 və ya 2 dəfə keçmək olur. Bu zaman isə yalnız kişilər 3 blok siqaret və 30 kiloqram yük gətirə bilər. Hətta Cəlilabadda bir sakin qadınların İrandan siqaret gətirməsinin Nazirlər Kabinetinin qərarı ilə qadağan edildiyinə inanır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu iddialara cavab almaq hələlik mümkün olmasa da, Qaynar Xətt deyilənləri qismən təsdiqləyib. Qaynar Xəttdən bildirilib ki, qadınlara siqaret gətirməklə bağlı “xüsusi bir qadağa yoxdur”.

Lakin “gömrük orqanı sərhəddən keçirilən malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyini yəqinləşdirməkdə səlahiyyətlidir”.

Bu, o deməkdir ki, orqan əməkdaşı siqaret çəkdiyinə inanmadığı adamın bu məhsulu keçirməsinə imkan yaratmaya bilər. Qaynar Xəttdən bildiriblər ki, bu tədbirlər qanunsuz ticarətlə mübarizə üsulu kimi tətbiq edilir. O əlavə edir ki, bu məsələ ilə bağlı İran vətəndaşlarından çoxsaylı şikayət  daxil olub.

“Onlar özləri etiraf edirdilər ki, siqareti gətirirlər və burada satışı ilə məşğul olanlara satırlar”, qurum əməkdaşı bildirib.

Hüquqşünas Samirə Ağayeva qadınlara sərhəddən siqaret keçirməyin qadağan olunması iddialarını qanun pozuntusu hesab edir: “Bizim qanunvericiliyə əsasən, kişi və qadın bərabərdir. Qadınlara cinsinə görə qadağa qoyulursa, bu, ayrı-seçkilik deməkdir”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir