Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs edilib

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar.

Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …