Bazar , 15 Noyabr 2026
Drone Cameras

İraq Azərbaycana təşəkkür edib

İraq hökuməti İŞİD terror təşkilatının sıralarında döyüşmüş azərbaycanlı ailələrin uşaqlarını geri qaytardığına görə Azərbaycana təşəkkür edib.

Boyukmillet.com “Iraqi News Agency”yə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Aracinin Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədovla görüşündə qeyd olunub.

Bildirilib ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə tərəflər təhlükəsizlik sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı əl-Araci ölkəsinin dialoq və açıq diplomatiya anlayışını mənimsədiyini bildirib və Bağdad hökumətinin dost ölkələrlə əlaqələrini gücləndirmək istədiyini qeyd edib.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …