Çərşənbə , 11 Mart 2026
Drone Cameras

İraq “Hizbullah” və husiləri terror təşkilatı elan etdi- bütün aktivlər dondurulur

İraq hökuməti Livanın “Hizbullah” hərəkatını və Yəməndəki husi təşkilatı “Ənsar Allah”ı rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət nəşri məlumat yayıb.

Qərarla yanaşı, Bağdad hakimiyyəti bu qurumlara məxsus bütün aktivlərin İraq ərazisində dondurulması barədə göstəriş verib.

Hökumət rəsmisi “Shafaq News”-a açıqlamasında bildirib ki, bu addım İraqın FATF tələblərinə uyğunlaşmaq, həmçinin terrorla mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək məqsədilə atılan geniş islahatların bir hissəsidir.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …