Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

İraqda bir neçə hərbçi partlayış nəticəsində həlak olub, yaralananlar var

İraqda azı üç hərbi qulluqçu əldəqayırma partlayıcı qurğunun partladılmasının qurbanı olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Kərkük əyalətinin cənubunda olub. Partlayış nəticəsində bir zabit və iki əsgər həlak olub.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Kərkük Polis Depatamentinin mətbuat katibi Amir Nuri isə bildirib ki, hadisə Dakuk rayonu ərazisində baş verib. Onun sözlərinə görə, İraq ordusuna məxsus avtomobil yoldan keçərkən partlayıcı qurğu işə düşüb. Amir Nuri partlayış nəticəsində bir hərbçinin həlak olduğunu, daha dörd əsgərin yaralandığını bildirib.

O, qeyd edib ki, hadisə İŞİD terror qruplaşması tərəfindən törədilib.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …