Şənbə , 14 Noyabr 2026
Drone Cameras

İraqda İŞİD terrorçuları yaxalanıb

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal “Anadolu” agentliyinə bildirib.

Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib.

O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı təhlil edib və reydlər aparıb.

Əli Kamalın sözlərinə görə, terrorçular ilkin dindirmələrdən sonra məhkəməyə aparılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …