Bazar , 25 Oktyabr 2026
Drone Cameras

İraqda Türkiyə əsgəri həlak olub

Türkiyə ordusunun 1 əsgəri İraqda həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi “Pençe-Şimşek” əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …